Rusiyanın enerji şirkəti "Qazprom"un təbii qaz ixracat gəliri yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə 170 faiz artaraq 9,5 milyard dollara çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Hesabat dövründə “Qazprom”un boru kəmərləri ilə təbii qaz ixracat həcmi əvvəlki ilin eyni dövrünə görə 34,1 faiz azalaraq 13,8 milyard kubmetrə geriləyib.
Digər tərəfdən “Qazprom”un min kubmetr təbii qazın ixrac qiyməti yanvar ayında bir əvvəlki aya görə 33 faiz artaraq 686 dollara çatıb.