21 Aprel 2022 17:11
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın bütün lazımi maliyyə resursları var, heç bir defolt bizi təhdid etmir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ölkəsində defolt riskinin olmadığını bəyan edərkən deyib.

Mərkəzi Bank sədri Rusiya iqtisadiyyatının sanksiyalar fonunda yenidən qurulması prosesinin vaxt aparacağını bildirib: “Yenidənqurma prosesində ölkədəki istehsalçılar problem yaşayacaq. Əsasən yerli istehsal edən şirkətlər belə problem yaşaya bilər. Məsələn, düymə istehsalı. Bir çox yerdə düymə istehsal olunur, lakin müəssisələr deyirlər ki, yeni təchizatçılar tapmaq aylar çəkə bilər. Eləcə də kağız sənayesində ağac təminatı tamamilə Rusiyadandır, amma ağardıcı kimyəvi maddələr xaricdən gətirilir. Qida sənayesində xammal yerli istehsaldır, lakin təcili olaraq xarici qablaşdırma axtarılmalıdır. Bütün bunlar vaxt tələb edir”.


Müəllif: Yeganə Oqtayqızı