ABŞ Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı proqnoz buğda istehsalı ilə bağlı narahatlıqları bir qədər də artırıb.
Teleqraf.com xəbər verir ki, nazirlik Ukrayna-Rusiya müharibəsi nəticələrinin kənd təsərrüfatı istehsalı perspektivinin pisləşməsinə səbəb olduğunu bəyan edib.
Nazirliyinin proqnozuna görə, dünyanın ən böyük buğda istehsalçılarından olan Ukraynada istehsal keçən illə müqayisədə üçdə bir nisbətində azalacaq. Quraqlıq, sel və yüksək temperaturun ABŞ-dan Fransa və Hindistana qədər istehsala mənfi təsir göstərəcəyi də açıqlanıb.
Analitiklərə görə, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozları qlobal bazarlarda buğdanın qiymətinin artmasına zəmin yaradıb.