23 May 2022 18:26
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanı tərk edən istənilən şirkət Ukrayna bazarına daxil ola bilər, şirkətlərin azadlığı tam şəkildə dəstəklənəcək və bundan faydalanacaqlar”.

Teleqraf.com xəbər verir ki, bunu Davos Dünya İqtisadi Forumunda Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezident Rusiyaya qarşı sanksiyaların yetərli olmadığını vurğulayıb.

Rusiya ilə ticarətə getməməyə çağıran Zelenski Rusiya nefti, bankları və informasiya texnologiyaları sektoruna qarşı maksimum sanksiyalar tətbiq edilməsini tələb edib.

O, Davosdakı investorları və qlobal liderləri Ukraynanı bərpaya dəvət edib, ölkəsindəki bütün şəhərlərin və sənayelərin yenidən qurulmasının vacibliyini vurğulayıb: “Ölkənin yenidən qurulması üçün böyük səylərə ehtiyac var. Yarım trilyon dollarlıq itkimiz var. Ukrayna Rusiyaya qarşı gözlənildiyindən daha uzun müddətdir mübarizə aparır. Ötən ilin payızında Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edilsəydi, regionda vəziyyət indiki kimi olmayacaqdı. Əgər beynəlxalq ictimaiyyət Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsində yekdil davransaydı, Rusiya “fevral işğalı”na başlamazdı”.


Müəllif: Yeganə Oqtayqızı