27 May 2022 15:55
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya müdaxilə ilə əlaqədar olaraq bir çox ölkə Rusiyadan neft idxalını azaldıb. Asiyanın ən böyük iki alıcısı - Hindistan və Çin isə rekord həcmdə Rusiya nefti alıb.

Teleqraf.com “Kpler” bazar kəşfiyyat şirkətinin məlumatına istinadən xəbər verir ki, ötən həftə OPEC+ istehsalçısının dənizdə saxlanılan xam neftinin ümumi həcmi 74-49 milyon barel təşkil edib.

Fevral ayında Ukraynanın işğalından əvvəl bu nisbət 27 milyon barel civarında olub.

Asiya ötən ay ilk dəfə ən böyük alıcı kimi Avropanı geridə qoyub və iki region arasında bu fərqin may ayında daha da genişlənəcəyi gözlənilir.

ABŞ, Böyük Britaniya və bir çox Avropa şirkətləri Ukraynada müharibədən sonra neft alışlarını dayandırsalar da, bu vəziyyət Moskva hökumətini Asiya alıcılarına yönəldib.

“Kpler” şirkətinin neft üzrə baş analitiki Jane Xie bildirib ki, Asiyadakı bəzi alıcıları siyasi mövqedən çox iqtisadi inkişaflar motivasiya edir: “ABŞ Hindistanın Rusiyadan neft alışını artırmasına mənfi münasibət bildirib və bu, cari ticarət axını üçün aşağı risklər yarada bilər”.


Müəllif: Yeganə Oqtayqızı