27 May 2022 17:30
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyənin aeronaviqasiya təminatı provayderləri arasında kompleks aeronaviqasiya xidmətinin bütün aspektlərini əhatə edən mühüm saziş imzalanıb.

Teleqraf.com xəbər verir ki, sənəd mayın 27-də "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsi (DHMI) arasında imzalanıb.

Tərəflər sazişi imzalayan zaman iki təşkilatın aeronaviqasiya strategiyasının inkişafı sahəsində peşəkar qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu, eləcə də qardaş ölkələr - Azərbaycan və Türkiyə arasında sıx dostluq münasibətlərinin olduğunu qeyd ediblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətini idarəetmə qülləsini ziyarət edən DHMİ Şurasının sədri və baş direktor Hüseyn Keskinin rəhbərlik etdiyi nümayəndə heyətinə AZANS-ın tətbiq etdiyi müasir texnologiyalar barədə məlumat verilib.

Qonaqlar həmçinin, "TEKNOFEST Azerbaijan" Festivalı çərçivəsində Azərbaycanın paytaxtında keçirilən aviaşou zamanı uçuşların idarə edilməsi prosesi ilə tanış olublar.

DHMI-nin fəaliyyət sahəsinə Türkiyə hava limanlarının idarə edilməsi, eləcə də Türkiyə hava məkanının tənzimlənməsi və nəzarət edilməsi daxildir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər