30 May 2022 13:29
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində satışa çıxarılan mobil telefonların sayı aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz azalıb.

Teleqraf.com xəbər verir ki, bu məlumat Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının hesabatına yer alıb.

Məlumatına görə, aprel ayında 18,08 milyon mobil telefon satışa çıxarılıb. 17,69 milyon mobil telefonun buraxıldığı mart ayı ilə müqayisədə telefonların sayı artsa da, illik müqayisədə 34,2 faiz azalıb.

Buraxılan telefonların 90,9 faizi yerli şirkətlərin istehsalı olduğu halda, 14,59 milyon ədədlə 5G telefonları ümumi tədarükün 80,7 faizini təşkil edib.

Çində satışa çıxarılan mobil telefonların sayı ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər