5 Dekabr 2022 10:35
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynadan 13 milyon ton məhsul ixrac olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, indiyədək Ukraynaya daşınma üçün 520 gəmi göndərilib: “524 gəmi də taxıl yükü ilə Ukraynadan yola düşüb. Bu gəmilərlə 13 milyon tondan çox taxıl daşınıb. Gəmilərlə qarğıdalı, buğda, günəbaxan yağı, şəkər çuğunduru, soya, noxud, arpa kimi ərzaq məhsulları da daşınıb”.

Qeyd edək ki, cari il iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb.

Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər