Moskva birjasında dolların məzənnəsi 2022-ci ilin yazından bəri ilk dəfə 98 rubldan yuxarı qalxıb.
Teleqraf.com xəbər verir ki, avronun məzənnəsi isə 107 rublu ötüb.
Maliyyə analitikləri hesab edirlər ki, rublun zəifləməsinin fundamental səbəbləri Rusiyanın tədiyə balansının cari balansının mövsümi azalmasıdır.