ABŞ Ukraynanın taxıl infrastrukturuna Rusiyadan davam edən hücumları pisləyib və Ukraynanın taxıl ixracı üçün alternativ variantlar tapmağa çalışdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel deyib.
Sözçü ABŞ-ın Rusiyanı dərhal Qara Dəniz Taxıl Dəhlizi Sazişinə qayıtmağa çağırdığını vurğulayıb:
“ABŞ lazımi yerlərə taxıl göndərməyə davam edə biləcək yollar və dəhlizlər tapmağa çalışır. Rusiya tərəfdən razılaşmaya qayıtmaq istədiklərinə dair heç bir işarə görmürük”.
Amerika mediası ABŞ-ın alternativ marşrut müəyyən etmək üçün Türkiyə və Ukrayna ilə danışıqlar apardığını yazıb.
Qeyd edək ki, Rusiya Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsindən iyulun 17-də çıxıb.