20 Avqust 2023 20:16
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Prezident İlham Əliyev Macarıstana işgüzar səfər edib. 2014-cü ildən sonra iki ölkə arazında münasibətlərdə əməkdaşılığın yeni fazası başlayıb. Hər iki ölkə strateji əməkdaşlığa imza atmış və elə həmin il də Budapeşdə Azərbaycan-Macarıstan Biznes Forumu keşirilib. Bu, öz təsirini ticarət dövriyyəsində də göstərmişdir. Belə ki, 2014-cü ildə iki ölkə arası ən böyük ticarət dövriyyəsi 95 milyon dollara çatmışdı”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

İqtisadçı təssüflə qeyd edib ki, sonrakı illərdə iki ölkə arasında ticarət göstərici 27 milyon dollara qədər azalıb: “Ötən il Azərbaycanla Macarıstanın ticarət dövriyyəsi 47.3 milyon dollara çatıb. Bütün illərdə də idxalımız ixracı kəskin üstələyib. 2022-ildə ticarət dövriyyəsinin 2,3 milyon dolları ixrac, qalan 45 milyon dolları isə idxalın payına düşüb”.

Ekspert hesab edir ki, qarşıdakı illərdə mövcud münasibətlərdə kəskin dəyişimlər gözlənilir: “Praqnozlaşdırılır ki, ticarət dövriyyəsi 2014-cü ilin rekort həddini geridə qoyacaq, eyni zamanda ixrac idxalı kəskin ötəcək. Çünki dövriyyəyə Azərbaycan qazı girir. Bu il Macarıstana 100 milyon kubmetrdən çox təbii qaz ixracı planlaşdırılıb. Bu göstərici zaman keçdikcə dəfələrlə artacaq. Bundan əlavə, Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində olan strateji tərəfdaşlıq dövriyyənin artımı üçün ciddi potensialdır. Bu razılaşmaya görə, Qara dənizin altından dünyada ən uzun 1 195 kilometrlik sualtı elektrik kabelini çəkilməsi və Azərbaycanda alternative enerji mənbələri hesablna istehsal edilən elektrik enerjisnin istehsalı nəzərdə tutulur”.

İdxalla ixracın tərkibinə gəlincə, analitik Macarıstandan ölkəmizə əsasən canlı bitki, şokolad, konservləşdirilmiş tərəvəz və ət məhsullarının idxal olunduğuna diqqət çəkib: “Azərbaycandan Macarıstana isə meyvə-tərəvəz şirəsi, hazır sousların, tikinti sənayesində istifadə olunan maşınlar və sair məhsullar ixrac edilir. Bu səfər isə heç şübhəsiz bu əlaqələri daha da gücləndirməyə xidmət edəcəkdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər