Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.
"Türkmənistana səfərimiz çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq. Dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişafı qeyd olundu", - nazir qeyd edib.