“Türk lirəsinin real dəyərini itirdiyi dövr başa çatdı. Türk lirəsinin dəyər qazanma ehtimalı yüksəkdir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident güman edir ki, həyata keçirilən inflyasiya proqramı türk lirəsinə real olaraq təsir edəcək: “Ona görə də qarşıdakı dövrdə həyata keçirdiyimiz sağlam siyasət və struktur islahatları ilə investorların etibarını qazanacağıq və indi də qazanırıq. Bu güvən vəsait axınını aktivləşdirəcək. Vəsait axını lirədə real bahalaşmaya səbəb olacaq. Bu, dezinflyasiyanı sürətləndirəcək və artım üçün aşağı yönlü riskləri məhdudlaşdıracaq. Nəticədə, inflyasiya azalacaq, faydalı bir dövrə qədəm qoyacağıq”.