Çində 2024-cü ilin yanvar-sentyabr aylarında 195 modeldən ibarət yeni avtomobillərin qiymətləri ucuzlaşıb.
Teleqraf.com "Car News China"ya istinadən xəbər verir ki, Çin Sərnişin Avtomobilləri Assosiasiyasının baş katibi Cuyi Donqşu deyib.
Onun sözlərinə görə, qiymətlərin düşməsi benzin mühərrikli 71 avtomobil modelinə təsir edib. Bu cür maşınların qiyməti orta hesabla 15 min yuan (təxminən 3600 manat) düşüb. Bundan başqa hibrid avtomobillərin 13 modeli 15 min yuana (təxminən 3600 manat) enib.
Donqşu həmçinin elektriklə şarj olan 29 hibrid avtomobil modelinin qiymətinin isə 24 min yuana (təxminən 5700 manata) qədər düşdüyünü deyib.