27 Noyabr 2023 12:27
1 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın enerji şirkəti “Qazprom” və Türkiyə şirkəti “Boru Hatları ile Petrol Taşıma AŞ” (BOTAŞ) arasında qaz mərkəzi ilə bağlı yol xəritəsində razılıq əldə edilir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandır Novak deyib.

O bildirib ki, qaz mərkəzi ilə bağlı Rusiya və Türkiyə şirkətləri arasında sıx əməkdaşlıq var: “Hazırda yol xəritəsi üzərində razılıq əldə edilir. Türkiyə nümayəndə heyətinin Sankt-Peterburqda səfəri planlaşdırılır. Yaxın vaxtlarda layihənin praktiki həyata keçirilməsi ilə bağlı razılaşma əldə olunacaq”.

Qeyd edək ki, Rusiya və Türkiyənin ortaq həyata keçirmək istədiyi enerji mərkəzi üçün Trakya şəhəri seçilib. 2024-cü ildə tamamlanması planlaşdırılan təbii qaz mərkəzi ilə Türkiyə Avropanın ən böyük qaz tədarükçüsü və istehsalçı ölkələrin enerji ixracatını artıran mərkəz ölkə olmağa hazırlaşır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər