27 Fevral 23:12
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin IV rübündə mənzil bazarında qiymət indeksi ötən ilin müvafiq rübünə nəzərən 9% artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2023-cü il üzrə Pul Siyasəti İcmalında deyilir.

Qeyd edilib ki, ilkin mənzil bazarında qiymət indeksi 6.9%, təkrar mənzil bazarında qiymət indeksi isə 9.1% yüksəlib.

2023-cü ilin III rübü ilə müqayisədə IV rüb üzrə qiymət indeksi ümumilikdə mənzil bazarında 1.7%, ilkin mənzil bazarında 1.8%, təkrar mənzil bazarında isə 1.7% artıb.


Müəllif: Teleqraf.com