28 Fevral 00:59
1 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycan hökumətinin nümayəndələri ilə iqlim dəyişikliyi ilə bağlı fiskal risklərin dövlət və özəl investisiyalar üzrə qərarların qəbuluna təsirini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə BMTİP-in Bakı ofisinə istinadən xəbər verir.

"Milli adaptasiya planı" layihəsini hazırlayan BMTİP iqlim dəyişikliyinin investisiyaların planlaşdırılmasına fiskal təsirlərinin qiymətləndirilməsi üzrə texniki təlimat hazırlayıb və onları Bakıda planlaşdırılan bir sıra tədbirlər çərçivəsində keçirilən seminarda müzakirə edib", - BMTİP-nin məlumatında deyilir.

Müzakirələrdə BMTİP-in iqlim maliyyələşdirməsi üzrə eksperti Cennifer Jadin, Azərbaycanın iqlim maliyyələşdirməsi üzrə eksperti Rəşad Həsənov, ölkənin elmi dairələri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

"İqlim maliyyələşdirməsi həm iqlim dəyişikliyi ilə əlaqədar nəticələrin yumşaldılması, həm də onlara adaptasiya üzrə səylər üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edirik ki, müxtəlif mənbələrdən irimiqyaslı investisiyalar istixana qazlarının tullantılarının əhəmiyyətli dərəcədə azalmasına təsir göstərə bilər", - məlumatda deyilir.

Xatırladaq ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə rəsmi qərar 2023-cü il dekabrın 11-də Dubayda elan olunub. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.


Müəllif: Teleqraf.com