20 Aprel 11:24
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 69 milyard 027,2 milyon ABŞ dolları təşkil edib.

Teleqraf.com xəbər verir ki, bunun 83,1 %-i və yaxud 57 milyard 372,8 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,9 %-i və yaxud 11 milyard 654,4 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 344,5 milyon ABŞ dolları və yaxud 2 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 milyard 303,1 milyon ABŞ dolları və yaxud 2,3 %, AMB-nin valyuta ehtiyatlarında isə 41,4 milyon ABŞ dolları və yaxud 0,4 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 6 milyard 456,6 milyon ABŞ dolları və yaxud 10,3 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 3 milyard 935,2 milyon ABŞ dolları və yaxud 7,4 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 521,4 milyon ABŞ dolları və yaxud 27,6 % artım nümayiş etdirib.

ARDNF-in

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

AMB-nin

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

Azərbaycanın strateji

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

01.04.2024

57 372,8

11 654,4

69 027,2

01.01.2024

56 069,7

11 613.0

67 682,7

01.10.2023

55 524,0

9 775,3

65 299,3

01.07.2023

54 915,1

9 195,9

64 111,0

01.04.2023

53 437,6

9 133,0

62 570,6


Müəllif: Teleqraf.com