30 Yanvar 2015 07:10
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, gecə saatlarında təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə naməlum şəxs gətirilib. Əməliyyat olunan yaralının həyatını xilas etmək mümkün olub.

Araşdırma zamanı məlum olub ki, yaralı 34 yaşlı Süleyman Musa oğlu Kazımovdur. Onun xəsarətinin bıçaqlanmaya xas olduğunu müəyyənləşdirən həkimlər bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Polis əməkdaşlarının apardığı ilkin araşdırma nəticəsində hadisənin baş verdiyi yer və bəzi detalları üzə çıxıb. Məlum olub ki, hadisə Qaradağ rayonun Lökbatan qəsəbəsində, "İkinci massiv" adlanan yaşayış məntəqəsində baş verib.

Məlumata görə, Süleyman Kazımov kirayədə yaşadığı evdə daha iki tanışı ilə yeyib-içib. Tanışlar arasında mübahisə yaranıb. Tanışlarından biri masanın üstündəki bıçaqla Süleyman Kazımovu vurub. Həmin şəxs dərhal hadisə yerini tərk edib. Tanışını bıçaqlayan şəxsi saxlamaq hələlik mümkün olmayıb. İstintaq sirri olduğundan, cinayətkarın adı açıqlanmır.

Faktı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi araşdırır.


Müəllif:

Oxşar xəbərlər