24 Dekabr 18:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin yanvar-noyabr aylarında illik müqayisədə Azərbaycanın 17 sığorta şirkətindən 4-nin sığorta haqları azalıb, 13-nin isə artıb.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, yığımları ən çox artan “Meqa Həyat Sığorta ” şirkətidir. Sığorta yığımlarının həcminə görə, isə bazarın lideri Paşa Həyat Sığortadır.

Yığımlarda ən çox azalma “İpək Yolu Sığorta”da baş verib. Şirkətin sığorta yığımları 63% azalıb.

"Aqrar Sığorta"nın yığımlarında azalma 15 faiz, "A-Qroup Sığorta" Şirkətində 11 faiz təşkil edib.

“Bakı Sığorta” ASC-nin sığorta yığımlarında illik müqayisədə 67% azalma qeydə alınıb.

Xatırladaq ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Bakı Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilən lisenziya ləğv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər