SOCAR Yaponiyanın bir sıra şirkətlərinə Azərbaycanda yeni neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin (OGPC) yaradılması layihəsində iştirak etməyi təklif edib.
Onun sözlərinə görə, hazırda bu məsələ üzrə bir neçə yapon şirkəti ilə danışıqlar aparılır: "SOCAR Yaponiya şirkətlərinə layihədə səhmdarlar və kreditorlar qismində iştirak etməyi təklif edib. Biz istəyirik ki, Yaponiya "Eksimbank"ları layihənin 80 faizədək dəyərini maliyyələşdirsinlər. Bundan başqa, Yaponiyanın JBIC infrastruktur bankının nümayəndələri ilə də görüşlər keçirdik".
Mənbə qeyd edib ki, "Mitsui & Co" şirkəti ilə memorandum artıq imzalanıb: "Itochu", JACCS və Türkiyədə işləyən Yaponiya şirkətləri tərəfindən də maraq var".