3 Sentyabr 2016 11:30
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

TV8-in rəhbəri Acun İlıcalı tamaşaçılara daha bir sürpriz edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, son zamanlar futbol oyunlarının da yayımını alan TV8 daha bir yeniliyə imza atıb. Türkiyə futbol yığmasının 2018-ci il Dünya çempionatının seçmə mərhələsində oynayacağı qrup oyunları da TV8-də yayımlanacaq.

Bu barədə A.İlicalı sosial şəbəkədə yazıb. O, sentyabrın 5-də Xorvatiya-Türkiyə oyunu ilə buna start verəcəklərini açıqlayıb.


Müəllif: