Kinorejissor Kənan Musayev tanınmış rejissor Ələkbər Kazımovskinin Nahidə Orucovanın yubiley tədbirində qəflətən dünyasını dəyişməsindən sonra tədbirin davam etməsinə kəskin etirazını bildirib.
Rejissor fikirlərini sosial şəbəkədə yazıb: “Rejissorun ölümünü həmkarları çox böyük təntənə ilə qeyd elədilər. O ki var rəqs elədilər, oxudular, çəpik çaldılar, tost kəsdilər. Mərhum rejissorun meyiti bir otaqda, şənlik bir tərəfdə…Sabah bu “ziyalı” dediyimiz “incəsənət adamları” təbəqəsi çıxıb televizordan bizə mərifətdən, adət-ənənədən, mentalitetdən danışanda təəccüblənməyin. Həmkarlarının meyiti hələ soyumamış şıdırğı rəsq edən “mədəni” insanlardır bunlar…
İnsaniyyət bu dərəcədəmi məhv olub bizim cəmiyyətdə?”
Pərvin