2 İyul 2014 11:52
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan musiqisi daha bir festivalda səslənib.

Teleqraf.com xəbər verir ki, “Xalq ulduzu” yarışmasının yadda qalan iştirakçılarından olan müğənni Kamil Cəfərov ötən gün Litvada keçirilən “Baltika 2014” Beynəlxalq folklor festivalında iştirak edib.

Müğənni bildirib ki, o, bu müsabiqəyə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə yollanıb:

“Litvada mənim iştirakımla “Qarabağ muğam” üçlüyünün çıxışı oldu. Tarda məni Ramin Rüstəmov, kamançada İlxas Məmmədov müşayiət edirdi. Çıxışımız ən yadda qalan nömrələrdən oldu. Hətta ifamızı təqdim etdikdən sonra Litvanın mədəniyyət naziri bizimlə görüşdü. O, Azərbaycan musiqisi barədə çox yüksək fikirdə olduğunu bildirdi. Bu bizim ilk çıxışımız idi. Müsabiqə çərçivəsində Litvanın ayrı-ayrı şəhərlərində çıxışlarımız olacaq. Onu da deyim ki, festival çərçivəsində hələ səkkiz gün burda olacağıq.

Ayın 3-də isə Litva prezidenti Dalya Qribauskayte bizi qəbul edəcək”.

Aytən Həsənova


Müəllif:

Oxşar xəbərlər