20 Dekabr 16:21
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış kikboksçu, "Azərbaycan Atabəyləri” filminin Şəmsəddin Eldənizi Zabit Səmədov “Özümüz olaq” yutub layihəsində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Zabit Səmədov idman kariyerasından danışıb: "Mən Jan Klod Van Dammın, Rembonun filmlərini izləyə-izləyə elə qəhrəman olmaq istəmişəm. Birinci növbədə döyüşmək, öyrənmək istəmişəm. "Mauqli" ləqəbini də mənə müəllimim verib. İlk professional döyüşümdə ləqəb lazım olmuşdu".

Zabit Səmədov "Kuruluş Osman" və "Azərbaycan Atabəyləri”ndən əldə etdiyi qonrorarı müqayisə edib: "Türkiyədə bu sahədə peşəkar sistem formalaşıb. Dünyanın hər yerində türk serialları yayımlanır. Türkiyədə ona görə aktyorların qonorarı yüksəkdir. Bizdə isə kino sahəsi yeni-yeni formalaşır və artıq daha peşəkar olacaq, aktyorlara dəyər veriləcək".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər