20 Dekabr 12:44
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Aytən Səfərova valideynlərə səslənib.

Teleqraf.com xəbər verir ki, o, aparıcısı olduğu "Xəbər ertəsi" verilişində bu sözləri deyib:

"İşdə nə qədər problem olsa da böyüklər heç vaxt bunu uşaqlara hiss etdirməməlidir. İşdən yorğun gəldim, ay uşaq, məndən əl çək, görürsən, ata-ana yorulub və sair deməməlidir. Bunun uşağa heç bir aidiyyəti yoxdur. Yorğunluğunuzu ən azı yarım saat uzaq tutmağınız lazımdır. Uşaqla vaxt keçirib, sonra istirahət etmək olar. Sonra da şikayət edirlər ki, uşaq mənə heç nə demir, yeniyetməlik dövründə məndən uzaqlaşır..."


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər