Xəbər verdiyimiz kimi, xalq artisti Xətai Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Xalq artistinin qızı Lalə Sənani Teleqraf.com-a açıqlamasında Ofeliya Sənaninin səhhətinin stabil olduğunu deyib:
"Hələ ki anamın müalicəsi davam edir. Səhhəti normaldır".
Qeyd edək ki, 83 yaşlı xalq artistinə ağciyər ödemi diaqnozu qoyulub. O, yüksək qan təzyiqindən əziyyət çəkir.