19 Dekabr 18:09
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Rafael İsgəndərov "Üzləşmə" yutub layihəsində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, aparıcının "Bu şəhərdə" komandası nə vaxta qədər fəaliyyətinə davam edəcək" sualına Rafael İsgəndərov belə cavab verib:

"Hər hansı bir tarix yoxdur. Hələ ki Coşqun Rəhimov da, mən də formadayıq. Əvvəl sənətdən getməklə bağlı qərarım olub, başqa ölkədə fəaliyyətlə əlaqəli... Ölkəmi, onun hər daş-divarını, adət-ənənəsini çox sevirəm. Vətənimin vurğunuyam! Ölkədən kənara çıxanda vətənini nə qədər çox sevdiyini və oraya bağlı olduğunu daha çox hiss edirsən. 90-cı illərdə vəziyyət çox çətin idi və düşünürdüm ki, rus dilini də bilirəm, bəlkə Rusiyada fəaliyyət göstərim.

Yalandan nə deyim, biz sənət fədayisiyik. Sənətimizlə ailəmizi dolandırırıq. Qazancımız da olmalıdır. O zaman planımı atama dedim, amma mənə icazə vermədi. Bildirdi ki, acından ölsək də, burada yaşayacaqsan".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər