Ifaçı sənət aləmindəki ən yaxın dostlarından danışıb.
O, əməkdar artist Nüşabə Ələsgərlinin və müğənni Manaf Ağayevin onun həyatındakı çox mühüm rolundan danışıb:
“Həyatımda ən önəmli yeri dostlarım Nüşabə və Manaf tuturlar. Ailəmdə problem yaşanmışdı, pis olmuşdum. Məni çılğınlıq etməyə qoymadılar. Onlar mənə dəstək oldular. Hətta uzaqda idim, Nüşabə zəng etdi ki, dəlilik eləmə, gəlirəm yanına, gözlə. Əgər Nüşabə və Manaf olmasaydı, bu gün Orxanım doğulmayacaqdı. Onların sayəsində indi gözəl övladım var”.
/axşam.az/