Məşhur Hollivud aktyoru Conni Depp iflas ola bilər.
Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, bu, aktyorun maliyyə məsələləri ilə məşğul olan “Menecment Qrup”un məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd olunur.
Qrup iddia edir ki, aktyorun 20 ildə aylıq gəliri 2 milyon dollar olub. Buna baxmayaraq o çox xərcləyir və bu gedişlə hər an iflas olmaq təhlükəsi ilə üzləşə bilər.
“Forbes” dərgisinin məlumatına görə Deppin 2016-cı ildə gəliri 48 milyon dollar olub. Onun rəhbərliyi altında 40 insan işləyir. Bundan başqa, Hollivudda 14 evə sahib olan aktyorun Bahamarkada adaları da var. Sıralamada Kentuçidə bağ evi, 18 milyon dollarlıq gəmi, 45 lüks avtomobil, 500 ədəd sənət əsəri, 70 nadir gitara, “Amber Heard”dan ayrılmaq üçün ödədiyi 7 milyon dollar təzminat, zirzəmisində olan 700 min dollarlıq şərab, ayda isə 30 min dollara yaxın xərc yer alır.
Pərvin