10 İyul 2014 12:01
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın münsif olduğu məşhur “X Faktor” yarışmasının Türkiyə versiyası "Star işığı" dünən başlayıb.

"Kanal D"-də yayımlanan verilişdə münsif kürsüsündə Nigar Camalla yanaşı, türkiyəli müğənni Sinan Akçıl, Atiyə, rejissor-fotoqraf Nihad Odabaşı da əyləşib. Türkiyənin yeni ulduzunun axtarıldığı müsabiqə hər həftənin çərşənbə günü yerli vaxtla saat 23:00-da canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, Nigar Camalın dəvəti ilə stilist Anar Ağakişiyev də Türkiyəyə yollanıb. O, Nigarın saç düzümünü və makiyajını edib.

/axşam.az/


Müəllif: