Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova nişanlısı ilə tanış olmasının 43-cü ayını qeyd edir.
Sənətçi təəssüratlarını İnstaqram səhifəsində paylaşıb:
“Bərabərliyimizin 43-cü ayıdır... Həm şirin, həm də acı günlərimiz olub. Geriyə baxanda həyatımız bir film ssenarisinə bənzəyir. Çox şeylər yaşadıq, davalar etdik, bir-birimizi incitdik. Amma buna baxmayaraq, sevgidə azalma yoxdursa, ilk gündəki kimi qalıbsa, bu, eşq deməkdir. Bir-birimizi buraxmadan, möhkəm tutmaq lazımdır. Sənə dediyim “fındıq burunlum”, “İnocanım” kəlmələrini heç kim deməyib, deyə də bilməz”.
Günel, eyni zamanda nişanlısının ona yazdığı sevgi etirafı mesajını da paylaşıb:
“Səni çox sevirəm. Neçə belə aylarımız birlikdə olsun.Əzizim, ilk dəfə gördüyüm gündəki kimi sənə aşiqəm”.
Qeyd edək ki, sənətçinin nişanlısı İnanc Başəyməz iş adamıdır. O, Türkiyədə orta məktəbi Günellə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyunundan nişanlanıb.
/axşam.az/