Tanınmış türk sənətçisi İbrahim Tatlısəs Qəzzada baş verənlərə reaksiya verib.
Müğənni öz fikirlərini "Twitter"də paylaşıb.
O, bu dəfə İsrailin baş naziri Benyamin Netanyahunu tənqid edib.
''Netanyahu, sənə bədduda etmirəm. Çünki müsəlmanlar bəddua etməz. Sadəcə Allaha həvalə edər. Mən də səni Allaha həvalə edirəm. Səni bildiyi kimi etsin".
Qeyd edək ki, bir necə gün öncə daha bir türk müğənnisi Yıldız Tilbe Qəzzaya olan hücumlara öz mövqeyini bildirmişdi.
O da "Twitter" səhifəsində "Allah Hitlerdən razı olsun" yazmışdı.
/ans press/