20 İyul 2014 21:14
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış bəstəkar Aygün Səmədzadə mahnıların söz və musiqisinin müəllifinin adını ictimaiyyətə təqdim etməyən müğənniləri məhkəmə ilə hədələyib.

Teleqraf.com-un məlumatına görə, A.Səmədzadə konkret ad çəkmədən bəstələdiyi mahnılarda adını qeyd etməyən müğənnilərə sərt ismarıc göndərib: “Mügənnilər, instrumental ifaçılar və sənətlərinin adını bilmədiyim digərləri... Müəlliflik hüquqlarımızı pozursuz! Mahnıları ifanızda, şəklinizi qoyub paylaşırsız, yalnız öz adınızı qeyd edirsiz. Camaat da dinləyib, sizə təriflər yazır, mahnılarda olan bütün üstünlükləri sizinlə bağlayır. Sanki, bu mahnıları bəstəkar-şair yazmayıb, sizin repertuarınıza hansısa toyuq yumurtlayıb... Zəhmət də olsa, nəhayət anlayın, bunu - icazəsiz hər hansısa müəllif əsərini ifa etmək və bu azmış kimi müəllifləri qeyd etmədən paylaşmaq təkcə tərbiyəsizlik deyil, hüquq pozuntusudur. Sizi bir-bir məhkəməyə verib böyük məbləğ qazanmaq ehtimalımız da var… Bəlkə də mahnı almaq istərkən qanorar ödəmək sizə çətin olduğundan, halal haqqımızı sizdən bu yolla almağımızı istəyirsiz?”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər