29 İyul 2014 21:39
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il cinsiyyətini dəyişərək kişi olan türkiyəli aktrisa Nil Ərkoçlara (indiki adı Rüzgar) əsgərliyə çağırış vərəqi gəlib.



Məlumata görə, daha sonra “Hərbi xidmətə yararsızdır” cavabını alan Ərkoçlar bu haqda bloqunda yazaraq həmin hadisənin onsuz da çətin keçirdiyi günləri daha da ağırlaşdırdığını yazıb:

“Cinsiyyət dəyişikliyindən sonra indi də əsgərliyə çağırış məsələsi ortaya çıxıb. Psixoloji, hormonal, ad dəyişikliyi və bir sıra əməliyyatlardan sonra hərbi xidmət problemi vəziyyəti daha da qəlizləşdirir. Əvvəlcə çağırış vərəqi, daha sonra isə belə bir cavab gəldi. Bu sahədə çalışanların bununla bağlı məlumatı olmalı idi ki, xeyli əməliyyatdan çıxmış biri əsgərliyə necə yararlı ola bilər?”

Axşam.az


Müəllif:

Oxşar xəbərlər