31 İyul 2014 14:10
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli müğənni Cennifer Lopezin rəqqas Maksim Çmerkovskiy ilə eşq yaşadıqları iddia olunur.

45 yaşlı gözəlçə Maksim barəsində ilk dəfə açıqlama verib.

Maksimi çox səmimi hesab etdiyini deyən Cennifer yeni münasibətə başlamağa hazır olmadığını bildirib.

Bununla da Maksimlə sevgili olduqlarını təkzib edən ulduz dedi-qodulara son qoyulmasını istəyib.

Ancaq ulduza yaxın mənbələr Cenniferin Maksimlə tez-tez görüşdüklərini bildirirlər:

“Onlar tez-tez görüşürlər. Amma Cennifer son dərəcə ehtiyatlıdır. Ancaq uşaqlarını onunla tanış etmək fikri yoxdur”.

Qeyd edək ki, Cenniferin rəqqas sevgilisi Kasper Smartdan ayrılması əkizlərinə pis təsir edib. Əvvəllər sevgilisi ilə uşaqları arasında dostluq münasibətlərinin olmasına çox sevinən Cenniferin indi əkizlərini yeni bir kişi ilə tanış etməkdən çəkindiyi bildirilir.

/tabloid.az/


Müəllif: