9 Avqust 2014 11:51
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 27-də “Baku Crystal Hall”-da keçiriləcək 89-cu “Miss Globe İnternational” gözəllik müsabiqəsinin biletləri artıq satışdadır

Teleqraf.com tabloid.az-a istinadən xəbər verir ki, yarışmanın Azərbaycan üzrə təşkilatçısı “Z Company 2007” şirkətinin rəhbəri Zamiq Yunisov müsabiqənin müəyyən detalları haqda açıqlama verib.

O, bildirib ki, müsabiqədə ölkələrin təmsil etmək üçün bu ayın 13-dən Bakıya gələcək 120 ölkənin gözəllərinin gündəlik planı artıq hazırdır. Bura Azərbaycanın tarixi yerlərini gəzmək, milli mətbəxlə tanış olmaq, kimsəsiz qocalar və uşaqlar evlərini ziyarət etmək, maraqlı tədbirlər, mini-müsabiqələr və s. aiddir. Zamiq bəy onu da bildirib ki, müsabiqədən əldə olunacaq maddi vəsaitlə kimsəsiz qocalar və uşaqlara yardım ediləcək.

Ölkəmizi 89-cu “Miss Globe İnternational” gözəllik yarışmasında 18 yaşlı Banu Sücai təmsil edəcək.

Qeyd edək ki, qiyməti 15-150 manat arasında dəyişəcək biletləri Bakının bütün kassalarından əldə etmək mümkündür.


Müəllif: