18 Yanvar 2019 12:14
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tolik (Tarix Əliyev) müzakirələrə səbəb olacaq açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, prodüser bildirib ki, hazırda Azərbaycanın Tarkanı bəstəkar-müğənni Murad Arifdir:

"Hal-hazırda "Tarkan" kimə deyirdiniz şou-biznesdə, bilmirəm. O Tarkan Tarkan deyil. Hal-hazırda Azərbaycan şou-biznesinin Tarkanı - boyu balaca olsa da, bir az toppuş olsa da, mən Murad Arifi görürəm.

Çünki səhnə performansı mükəmməldir. Vaxtı ilə kimə ki, Tarkan deyirdiniz. O Tarkandan heç nə qalmayıb. Ona görə də Tarkan elə Murad Arifdir.

Düzdür, dünyaca məşhur Tarkan deyil, amma Bakıda səhnəni coşdura biləcək, oynaya biləcək adam Murad Arifi bilirəm".

Qeyd edək ki, şou-biznesdə xalq artisti Faiq Ağayevə Azərbaycanın Tarkanı deyənlər çoxdur.


Müəllif: Aygül Qarayeva