20 Yanvar 2019 23:42
1 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 yaşlı paraqvaylı Ana Paula Kespedesin İnstaqramdakı izləyiciləri onun model olduğunu zənn etsələr də, əslində o, pilotdur.

Teleqraf.com xəbər verir ki, paylaşdığı şəkillərdən onun öz peşəsini çox sevdiyi anlaşılır.

Pilotların yaşayış tərzini göstərən Ana Paulanı İnstaqramda 48 mindən çox adam izləyir.
Ana Paula iki il öncə atasının məsləhəti ilə pilotluq təhsili alıb.

O, hər səfərinin şəkillərini instaqramda paylaşır: “Pilot olmağın ən yaxşı tərəfi odur ki, daha çox yer tanıyırsan və bəzən gündə ikidən çox şəhərdə ola bilirsən. Uçmaq xəyal etməyin ən yaxşı yoludur”.
Aytən


Müəllif: Aytən