21 Yanvar 2019 11:04
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Vasif Məhərrəmli Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin keçmiş sədri Arif Alışanov barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, müğənni işdən çıxarılan Arif Alışanov barədə sosial şəbəkədəki səhifəsində video paylaşıb.

O bildirib ki, 10 il idi ki, AzTV-nin üzünə həsrət imiş:

“Son vaxtlar cənab prezidentimizin apardığı kadr siyasəti məni də bir mədəniyyət əsgəri kimi çox sevindirir. Mən 10 ilə yaxındır ki, AzTV-də yoxam. Oranın heç bir tədbirlərinə dəvət almıram. Bunun səbəbini Arif Alişanovdan soruşmaq istəyirəm. Sənin mənimlə ədavətin nə idi?

Cavab verə bilməyəcəksən. Bilirsən niyə? Çünki sən peşəkar adam deyilsən. Televiziya adamı deyilsən. Öz işinlə məşğul olsan, daha yaxşı olar. Gec-tez haqq-ədalət öz yerini tutur. Mən bu islahata görə, möhtərəm prezidentimiz İlham Əliyevə öz təşəkkürümü bildirirəm”.


Müəllif: Aygül Qarayeva