Əməkdar artist, teleaparıcı Nərgiz Cəlilova atası ilə uşaqlıq fotosunu İnstaqram səhifəsində paylaşıb.
Teleqraf.com xəbər verir ki, Nərgiz Cəlilova 20 il öncə itirdiyi atasının narahat olanda yuxusuna gəldiyini qeyd edib.
"Narahat olanda yuxuma gəlir! "Agaham, yanındayam" demək üçün! Əlini çiynimə qoyub "Hər şey yaxşı olacaq" söyləyir, təskinlik vermək üçün! Heç ölməmiş, heç köçməmiş kimi başımın üstündə, qəlbimin içində, əli çiynimdə, yuxularımda...", - deyə teleaparıcı qeyd yazıb.