15 May 2019 16:43
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tünzalə Əliyeva xəstəxanadan yeni görüntülərini paylaşıb.

Publika.az xəbər verir ki, Toppuş bacı ləqəbi ilə tanınan aktrisa bu gün kimyaterapiyaya başlayacağını elan edib. O, paylaşdığı videoya “Bir azdan sevə-sevə kimyaterapiyamı qəbul edəcəm ki, məni sağaltsın” sözlərini qeyd edib.

Xatırladaq ki, aktrisa bundan öncəki açıqlamasında bu sözləri demişdi:

“Bu sözləri yazmaq mənim üçün çətindir. Təəssüflər olsun ki, xəstəliyim metastoz verdi və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6 kimyaterapiya alacam, inşallah sağalaram. Özümü hər an hər şeyə hazırlamışam, amma inanıram ki, yaxşı olacaq. Zəhram çox balacadır, onu böyütmək istəyirəm. Bütün müalicəm təmmənnasız ediləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər