9 Sentyabr 2014 21:45
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 13-də İzmirdə “ Miss Exclusive of the World 2014” beynəlxalq top model müsabiqəsinin dünya finalı keçiriləcək.

Tabloid.az xəbər verir ki, yarışmada Azərbaycanı 22 yaşlı modelimiz Tamilla Həmidova təmsil edəcək. Tanınmış təşkilatçı Aqil Məmiyevin məlumatına görə, “Miss Exclusive of the World 2014” qatılacaq modelimiz artıq 2 gündür ki, Türkiyənin İzmir şəhərindədir.

Xatırladaq ki, “Miss Exclusive of the World 2014” müsabiqəsində dünyanın 33 ölkəsindən qızlar iştirak edir.

Yarışmanın finalı Bakı vaxtı ilə saat 23 00-da “Kral” telekanalı vasitəsilə canlı nümayiş olunacaq.


Müəllif:

Oxşar xəbərlər