16 İyul 2019 01:30
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ceyms Bond haqqında filmdə yeni agent 007 rolunu Böyük Britaniyadan olan qaradərili aktrisa Laşana Linç oynayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazıb.

Ceyms Bond rolunun ifaçısı isə dəyişməyəcək. Bu rolu əvvəlkitək Daniel Kreyq oynayacaq.

Süjet xəttinə əsasən Ceyms Bond Yamaykaya istirahətə yollanır. Onun nömrəsi isə Laşana Linçin rolunu ifa etdiyi yeni agent tərəfindən mənimsənilir. Ancaq daha sonra onlar birgə təhqiqat aparırlar.

Qəzetin mənbələri bildiriblər ki, yeni filmlə bağlı belə qərarın qəbuluna feminist fikirləri ilə tanınan filmin müəlliflərindən biri olan Fibi Valler-Bricin təsiri böyük olub.


Müəllif: Səxavət