5 Sentyabr 2019 14:25
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə cəsarətli paylaşımları ilə gündəmdən düşmək bilməyən müğənni Afaq Aslan diqqət çəkməyə davam edir.

Teleqraf.com xəbər verir ki, məşhur müğənni İnstaqram hesabında bu dəfə çimərlik geyimində çəkilmiş şəkillərini təqdim edib.

Afaq fotoları “Ürəyin adamlığına bəs etmirsə, məhəbbət qalasının qapısında dayanma, fəth edə bilməyəcəksən” qeydi ilə paylaşıb.

Cazibədar müğənninin paylaşımını yüz minlərlə izləyicisi bəyənib.

İnstaqram izləyiciləri onun fotolarına “Dünyanın ən gözəl qadını”, “Sonra deyirlər ki, bizdə gözəl qadın yoxdur”, “Sükanı belə saxla” kimi rəylər yazıblar.

Fotoları təqdim edirik:


Müəllif: Yalçın Uğur