“Eurovision-2008” təmsilçimiz Samir Cavadzadənin qardaşı Ramin “Elgizlə İzlə” verilişində etirafı ilə hər kəsi təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, Ramin ARB TV-nin “Elgizlə İzlə” verilişinə müraciət edərək vəziyyətinin çətin olduğunu və kömək istədiyini deyib: “Mən Rusiyada olanda evdə nəsə problem olanda və ya şəxsən Samirin özünün maddi problemi yarananda mənə ağız açıb. Köməklik etmişəm. İndi mən çöllərdəyəm. Pis həyat sürmüşəm. Atamızın ölümündən sonra məni buradan qovdular. Dedilər, çıx get. Getdim Rusiyaya.
İndi xəstəyəm. Müalicə olunmalıyam. Yolun ortasında bəzən huşum gedir, yıxılıram. Məhlədə kimsə kömək etmək istəyirsə, bir şey alır və ya yemək gətirir”.