Məşhur aşıq Samirə Əliyeva karantin dövründə online dərslərə başlayıb.
Teleqraf.com xəbər verir ki, Samirə Əliyeva tələbələrinə onlayn dərslər keçir.
Xanım aşıq bu haqda belə deyib: "Dövlət mənim əmək haqqımı vaxtı-vaxtında verir, mən niyə dərsimdən qalım?".
Qeyd edək ki, Samirə Əliyeva vaxtaşırı virtual tamaşaçıları üçün İnstaqramda canlı yayımda konsert proqramı da təşkil edərək, izləyicilərini karantin rejiminə əməl etməyə çağırır.