Türkiyəli aktrisa Bergüzar Korel 3-cü dəfə ana olmaq istəyindən danışıb.
Teleqraf.com xəbər verir ki, 2 ay öncə Xan adlı ikinci övladını dünyaya gətirən aktrisa İnstaqramda canlı yayım açaraq izləyiciləri ilə söhbət edib.
O, hər kəsin ondan qız övladı dünyaya gətirməyi gözlədiyini söyləyib:
“Hamı məndən qız gözləyir. Qismətimdə varsa, qəbulumdur”.
Xatırladaq ki, aktyor Halit Ergeç ilə evli olan aktrisanın 10 yaşında Əli adlı oğlu var.