13 İyun 2020 11:28
6 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ötən gün axşam saatlarında avtomobil qəzası keçirməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova sosial şəbəkədə bu sözləri yazıb:

"Axşam saatlarında rəfiqəmin idarə etdiyi maşınla bağa gedirdik. Həyətə girəndə maşının sağ tərəfi ağaca dəydi. Bir balaca cızıq və əzik oldu. Amma çox şükür hər şey yaxşıdır. Allah hər kəsə can sağlığı versin.

Narahat olan, dua edən hər kəsə təşəkkür edirəm. Reklam xarakterli edib deyənlər də var. İnanın mən heç vaxt belə qorxunc bir hadisə ilə reklam etmərəm. Belə reklama da ehtiyacım yoxdur".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər