3 Oktyabr 2020 13:43
2 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Afaq Bəşirqızı Teleqraf.com-un suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Afaq xanım, qardaş Türkiyənin və qonşu ölkələrin Azərbaycana dəstəyini necə dəyərləndirirsiniz?

- Türkün türkdən başqa dostu yoxdur. Ulu öndər Heydər Əliyevin dediyi kimi "Bir millət, iki dövlətik". Qardaş ölkənin bizə mənəvi köməyi, dayağı çox önəmlidir. Ümumiyyətlə, insan üçün mənəvi dayaq hər şey deməkdir. İndiki vəziyyətdə Azərbayacanın işğalçılarla döyüşündə, mübarizəsində Azərbaycana mənəvi dəstək olan Türkiyə, Pakistana bir vətəndaş kimi öz təşəkkürümü bildirirəm. İnşallah tezliklə müharibə bitər və bayrağımızı Şuşa qalasına sancarıq. İnşallah hər şey öz yerini tutacaq.

- Cəbhədə baş verən hadisələri necə qiymətləndirirsiniz?

- Əvvəl də bizim əsgərimizdə, xalqımızda bu əzmkarlıq var idi. Sadəcə bizə şərait yaratmırdılar, silah vermirdilər. Xocalı faciəsi zamanı düşmən avtomatla, mənim millətim tüfənglə mübarizə aparıb.
Son nəfəsinə qədər vuruşub. Həmişə bizim qarşımızı kəsiblər, təzyiq göstəriblər. Çox şükürlər olsun ki, bizim əzmkar, möhkəm, qeyrətli və xalqını sevən Prezidentimiz var. Cənab Prezident İlham Əliyev deyəndə ki, mənim düşmənlə heç bir stolarxası söhbətim ola bilməz. İnanın ki, sevincimdən uçmağa qanadım yox idi. Çünki o, bizim üzərimə gəlib, mənim sərhədimi pozub. Niyə onunla stolarxasında oturmalıyam?
Ordumuz, millətim, əzmkar Prezidentim sağ olsun!

- Ordumuzla bacara bilməyən düşmən mülki əhalini atəşə tutur...

- Çox təəssüflər olsun ki, həlak olanlar arasında mülki əhalimiz də var. Allah onlara da rəhmət etsin, ailərinə başsağlığı verirəm! Vətən uğrunda gedən bu mübarizəni gələcək nəsilə danışanda mütləq onların da adı çəkilsin. Və əlbəttə ki, bizim haqlı müharibəmizdə, Vətən yolunda qurban getdikləri səslənəcək.

- Xalq artisti kimi şəhid ailələrinə nə demək istərsiniz?

- Mən öz ünvanıma deyirəm, neçə gündür ki, şəhid ailələrinə gedirəm. Düzü bunun işıqlanmasını da istəmirəm. Özümü güclə ələ alıram, bir şəhidimiz 22 ildir ki, Bakı kəndində yaşayırdı, Laçından idi. Əsgər gedib, gəlib və yenidən könüllü hərbi xidmətə yazılıb. Və Vətən yolunda şəhid oldu.

Onun anası deyir ki, "Mənim Bəhruzum qeyrətlidir, Vətən yolunda canından keçdi.
Bu mənim üçün böyük fəxrdir". Xaçmazda, Siyəzəndə, Xudatda, Qubada şəhidlərimiz var. Və orada şəhid ailələrimizi ziyarət edəcəm. Hara əlim çatır və sağlamlığım imkan verirsə, gedirəm. Amma indi ən böyük arzum ön və arxa cəbhəyə getməkdir.
Arxa cəhbə möhkəm dursun. Arxa cəbhədə hamımız möhkəm durmalıyıq. Hər şeyə diqqətlə yanaşsınlar. Bəzi xarici informasiya vasitələrinə inanmasınlar. Yalançı məlumat yayanlara etibar etməsinlər. Allah Prezidetimizə qüvvət versin!


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər